Səfir: "Heydər Əliyev hərtərəfli öyrənilməli olan şəxsiyyətdir"

Səfir: "Heydər Əliyev hərtərəfli öyrənilməli olan şəxsiyyətdir" Heydər Əliyev hərtərəfli öyrənilməli olan şəxsiyyətdir.
Xarici siyasət
12 Dekabr , 2019 12:27
Səfir: Heydər Əliyev hərtərəfli öyrənilməli olan şəxsiyyətdir
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral / Report/ Firi Salim

"Heydər Əliyev hərtərəfli öyrənilməli olan şəxsiyyətdir". 

"Report" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Heydər Əliyev həqiqətən də hərəkətlərindən, davranışlarından örnək alınası bir liderdir: "O, bütün ömrü boyu Azərbaycanın müstəqil olacağını düşünüb və müstəqillikdən sonra ölkənin necə güclənəcəyini fikirləşməklə ömrünü keçirmiş bir insandır. Bu mübarizədə həyatını təhlükəyə atıb. Mən bir daha onun əziz ruhu qarşısında hörmətlə baş əyirəm. Türk dünyasının başı sağ olsun. Belə liderlər həmişə olmur". 

Son xəbərlər

Orphus sistemi