Səfir Elxan Poluxov etimadnaməsini Braziliya prezidentinə təqdim edib

Səfir Elxan Poluxov etimadnaməsini Braziliya prezidentinə təqdim edib Görüşdə ikitərəfli münasibətlər müzakirə olunub
Xarici siyasət
27 İyun , 2017 18:28
Səfir Elxan Poluxov etimadnaməsini Braziliya prezidentinə təqdim edib
Foto: Embassy of Azerbaijan Republic to Brazil

Bakı. 27 iyun. REPORT.AZ/ Cari ilin 26 iyun tarixində Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov etimadnaməsini Braziliya prezidenti Mişel Temerə təqdim edib.

Səfirlikdən "Report"a verilən məlumata görə, Elxan Poluxov etimadnaməni təqdim etdikdən sonra Azərbaycan Prezident İlham Əliyevin səmimi salamlarını Braziliya prezidentinə çatdıraraq Azərbaycan ilə Braziliya arasındakı yaxın dostluq münasibətləri müzakirə edib.

Mərasimin sonunda Elxan Poluxovla Braziliya prezidenti Mişel Temer xatirə şəkili çəkdirib. 

Son xəbərlər

Orphus sistemi