Səfir Elman Abdullayev Efiopiyanın dövlət naziri ilə görüşüb

Səfir Elman Abdullayev Efiopiyanın dövlət naziri ilə görüşüb Azərbaycan ilə Efiopiya arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
Xarici siyasət
20 Aprel , 2016 17:57
Səfir Elman Abdullayev Efiopiyanın dövlət naziri ilə görüşüb

Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev bu ölkənin Xarici İşlər Nazirliyinin dövlət naziri səfir Taye Astke-selassie ilə görüşüb.

Səfirlikdən "Report"a verilən məlumata görə, görüş zamanı E.Abdullayev bu vəzifəyə təyin edilməsi münasibətilə dövlət naziri səfir Taye Astke-selassieni təbrik edərək, yeni fəaliyyətində ona uğurlar arzulayıb. Həmçinin, səfir E.Abdullayev Azərbaycanın regionun lider dövləti olduğunu, regionda irimiqyaslı layihələrin həyata keçirilməsində məhz ölkəmizin aparıcı rol oynadığını və bir çox böyük beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini efiopiyalı rəsminin diqqətinə çatdırıb.

Dövlət naziri səfir Taye Astke-selassie öz növbəsində səmimi təbrikə görə öz təşəkkürünü bildirdi.Dövlət naziri səfir Taye Astke-selassie ölkəsinin Azərbaycanla əməkdaşlıq etməyə maraqlı olduğunu və əməkdaşlığın aparılması üçün böyük potensialın mövcudluğunu qeyd edib.

Görüşdə iki ölkə arasında əməkdaşlığın inkişafı perspektivləri, o cümlədən tərəflər arasında iqtisadi, mədəniyyət və turizm, elm və təhsil sahələri üzrə əməkdaşlıq müzakirə edildi və bu münasibətlərin inkişafı üçün qarşılıqlı səfərlərin həyata keçirilməsi, təcrübə mübadiləsinin aparılması və hüquq-müqavilə bazasının yaradılması vacibliyi qeyd edilib. Eyni zamanda, iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi