​Səfir Elman Abdullayev Afrika İttifaqı Komissiyası sədrinin xüsusi nümayəndəsi ilə görüşüb

​Səfir Elman Abdullayev Afrika İttifaqı Komissiyası sədrinin xüsusi nümayəndəsi ilə görüşüb Bineta Diop Afrika ölkələri üçün Azərbaycanın zəngin təcrübəsinin öyrənilməsinin vacib olduğunu deyib
Xarici siyasət
18 İyun , 2016 10:39
​Səfir Elman Abdullayev Afrika İttifaqı Komissiyası sədrinin xüsusi nümayəndəsi ilə görüşüb

Bakı. 18 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri, Afrika İttifaqı yanında daimi nümayəndəsi Elman Abdullayev Afrika İttifaqı Komissiyası sədrinin Qadın, Sülh və Təhlükəsizlik üzrə xüsusi nümayəndəsi xanım Bineta Diopla görüşüb.

Bu barədə “Report”a Azərbaycanın Efiopiyadakı səfirliyindən bildirilib.

Görüş zamanı səfir E.Abdullayev Azərbaycanın tarixində qadınların rolu barədə bəhs edərək, Azərbaycanın dünyada qadına səsvermə hüququnu verən ilk ölkələrdən biri olduğunu vurğulayıb.

Səfir E.Abdullayev dövlət tərəfindən qadınlara böyük diqqət və qayğının göstərildiyini qeyd edərək, ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəltdiyini, onun təşəbbüsü ilə mədəniyyətlərarası dialoqda qadının rolu və ümumiyyətlə bir sıra müxtəlif beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyini bildirib. E.Abdullayev, həmçinin, 2016-cı ilin Afrika İttifaqı tərəfindən “Qadın hüquqları ili” kimi qəbul olunduğunu xatırladaraq, Azərbaycan və UNESCO-nun birgə təşəbbüsü və səyi ilə Afrikanın Liberiya, Keniya, Tanzaniya, Uqanda kimi ölkələrində təhsil səviyyəsinin artırılması məqsədilə “Gənc qızların təhsili” adlı müxtəlif layihələrin həyata keçirildiyini qeyd edib.

Xanım B.Diop Azərbaycanın qadın hüquqlarının təmin edilməsi sahəsində əldə etdiyi uğur və nailiyyətlərini yüksək qiymətləndirərək, Afrika qitəsi ölkələri üçün Azərbaycanın zəngin təcrübəsinin öyrənilməsinin vacib olduğunu və Afrika İttifaqının bu sahədə ölkəmizlə əməkdaşlıq etməyə hazır olduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi