Səfir Əli Əlizadə Pakistan-Azərbaycan dostluq qrupunun üzvləri ilə görüşüb

Səfir Əli Əlizadə Pakistan-Azərbaycan dostluq qrupunun üzvləri ilə görüşüb Parlamentarlar Azərbaycanda şahidi olduqları inkişafı və ölkə ilə bağlı xoş xatirələrini bölüşüblər
Xarici siyasət
1 Fevral , 2017 17:41
Səfir Əli Əlizadə Pakistan-Azərbaycan dostluq qrupunun üzvləri ilə görüşüb

Bakı. 1 fevral. REPORT.AZ/ Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Milli Assambleyasının Pakistan-Azərbaycan dostluq qrupunun üzvləri ilə görüşüb.

Azərbaycanın Pakistandakı səfirliyindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan və Pakistan arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrindən məmnunluq ifadə olunub.

Həmçinin parlamentlərarası dostluq qrupları arasında əlaqələrin artırılması, hər iki ölkənin gənclər və qadın təşkilatları arasında əməkdaşlıqlarının dəstəklənməsi, iqtisadi,mədəni və elmi əlaqələrin daha da inkişafı istiqamətində birgə layihələrin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb.

Pakistan-Azərbaycan dostluq qrupunun üzvləri Azərbaycanda iştirak etdikləri müxtəlif forum və konfranslar zamanı Azərbaycanda şahidi olduqları inkişafı və ölkə ilə bağlı xoş xatirələrini bölüşüblər.

Son xəbərlər

Orphus sistemi