Yuxarı

Səfir: "Əfqanıstan sülhməramlıların sayının artırılmasına görə Azərbaycan Prezidentinə təşəkkür edir"

Səfir: "Əfqanıstan sülhməramlıların sayının artırılmasına görə Azərbaycan Prezidentinə təşəkkür edir"
Səfir: Bu qərar yalnız Əfqanıstanın yox, həm də bütün regionun maraqlarına xidmət edir
© Report/ Elshan Baba

Bakı. 27 noyabr. REPORT.AZ/ "Əfqanıstan ölkədə sülhməramlıların sayının artırılmasına görə Azərbaycan Prezidentinə təşəkkür edir."

"Report" xəbər verir ki, bu barədə Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Tağı Xəlili bildirib.

"Əfqanıstanda sülhməramlıların sayını artıracağına görə Prezident İlham Əliyevə təşəkkür edirik. Əfqan xalqı adından bu qərarı alqışlayıram. Bu qərar yalnız Əfqanıstanın yox, həm də bütün regionun maraqlarına xidmət edir. Bu, bir daha sübut edir ki, Azərbaycan yalnız regionda yox, həm də dünyada sabitliyin təmin olunmasının qayğısına qalır", - M.T.Xəlilli deyib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən həftə NATO-nun Baş katibi Yens Stoltenberq ilə birgə mətbuat konfransında Əfqanıstanda Azərbaycan sülhməramlılarının sayının artırılması barədə qərar qəbul etdiklərini açıqlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi