Səfir: "Əfqanıstan nəqliyyat sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır"

Səfir: "Əfqanıstan nəqliyyat sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır" Məhəmməd Tağı Xəlili Bakı-Tbilisi-Qars layihəsinin vacibliyini qeyd edib
Xarici siyasət
9 Fevral , 2016 10:06
Səfir: Əfqanıstan nəqliyyat sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Bakı. 9 fevral. REPORT.AZ/ "Bakı-Tbilisi-Qars dəmir yolu xətti Bakını Türkiyə və Avropa ilə bağlayan çox vacib marşrutdur".

Bunu "Report"a müsahibəsində Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Tağı Xəlili deyib.

Səfir Əfqanıstanın nəqliyyat sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.

Onun sözlərinə görə, dənizə çıxışı olmayan Əfqanıstan yük daşınması üçün başqa yollar axtarmaq məcburiyyətində qalır: "Əfqanıstan hökuməti bizim üçün çox vacib olan "Lapis Lazuli" nəqliyyat dəhlizi layihəsini reallaşdırır. Bu layihə Əfqanıstanı Türkmənistanla, sonra isə ola bilsin, Azərbaycanla birləşdirir. Azərbaycan hökumətinə bu layihəyə verdiyi dəstəyə görə minnətdarıq. Bu marşrut Əfqanıstan üçün çox vacibdir".

Son xəbərlər

Orphus sistemi