Səfir: "Çexiya nəqliyyat layihələri çərçivəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır"

Səfir: "Çexiya nəqliyyat layihələri çərçivəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır" Vitezslav Pivonka: "Azərbaycan bizim üçün strateji tərəfdaşdır"
Xarici siyasət
8 Fevral , 2017 15:58
Səfir: Çexiya nəqliyyat layihələri çərçivəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Bakı. 8 fevral. REPORT.AZ/ "Çexiya Azərbaycana qoyulan sərmayənin həcmi baxımından altıncı yeri tutur. Bu ölkə bizim üçün strateji tərəfdaşdır. Belə ki, neftin üçdə birini məhz Azərbaycandan alırıq".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka deyib.

Səfir Çexiyanın sənaye nazirinin Azərbaycana səfərini xatırladaraq, bundan sonra yüngül sənayedə və kənd təsərrüfatı sahəsində əlaqələrin inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

V.Pivonka həmçinin Çexiyanın Azərbaycan ərazisindən keçən nəqliyyat layihələrində iştirak etməkdə maraqlı olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi