Yuxarı

Səfir: "Bu ilin sonunadək Azərbaycan-İsrail hökumətlərarası komissiyasının iclasını keçirəcəyimizə ümid edirik"

Səfir: "Bu ilin sonunadək Azərbaycan-İsrail hökumətlərarası komissiyasının iclasını keçirəcəyimizə ümid edirik"

1592

Hökumətlərarası komissiyanın iclasının keçirilməsi barədə memorandum İsrailin baş naziri Binyamin Netanyahunun Bakıya səfəri zamanı imzalanıb

Bakı. 6 aprel. REPORT.AZ/ "2017-ci ilin sonunadək Azərbaycan-İsrail hökumətlərarası komissiyasının ilk iclasını keçiriləcəyinə ümid edirik".

"Report" xəbər verir ki, bunu brifinqdə İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib.

O, İsrailin baş naziri Binyamin Netanyahunun Bakıya son səfəri zamanı hökumətlərarası komissiyanın iclasının keçirilməsi haqqında memorandum imzalandığını xatırladıb.

Səfir hökumətlərarası komissiyanın iclasının dəqiq vaxtı və yerinin diplomatik məsləhətləşmələrdən sonra müəyyən olunacağını əlavə edib.

Qeyd edək ki, hökumətlərarası komissiyanın həmsədrləri Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, İsrail tərəfdən isə ekologiya naziri Zeev Elkindir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi