Səfir: "Hazırda Azərbaycan Qazaxıstanın əsas ticari-iqtidasi və strateji tərəfdaşıdır"

Səfir: "Hazırda Azərbaycan Qazaxıstanın əsas ticari-iqtidasi və strateji tərəfdaşıdır" Qazaxıstan səfiri Beybit İsabayev Qazaxıstan Respublikasının 25 illiyinə həsr olunmuş məqalə yazıb
Xarici siyasət
16 Dekabr , 2016 10:18
Səfir: Hazırda Azərbaycan Qazaxıstanın əsas ticari-iqtidasi və strateji tərəfdaşıdır

Bakı. 16 dekabr. REPORT.AZ/ "Müasir qloballaşma şəraitində Qazaxıstan və Azərbaycan arasında strateji əməkdaşlıq getdikcə daha çox əhəmiyyət kəsb edir".

"Report" xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev Qazaxıstan Respublikasının 25 illiyinə həsr etdiyi məqalə yazıb.

"Bu əməkdaşlıq əsasən, ölkəmizin tranzit potensialına aiddir. Belə ki, belə mürəkkəb qlobal maliyyə və iqtisadi vəziyyətdə beynəlxalq nəqliyyat-tranzit siyasətinin rolu aktuallaşır. Azərbaycandan keçən Qafqaz marşrutu bizə Avropa bazarlarına çıxışı təmin edəcək. Öz növbəsində, Qazaxıstan Azərbaycana Mərkəzi Asiya və Çin bazarlarına qapıları açır. Ölkələrimizin Böyük İpək Yolu marşrutu üzərində yerləşməsi nəticəsində tranzit ölkələrimiz arasında əməkdaşlığın ən mühüm və perspektivli komponentlərindən biridir", - səfir məqaləsində vurğulayıb.

Onun sözlərinə görə, Qazaxıstan və Azərbaycan həmişə xarici siyasət təşəbbüslərində bir-birini dəstəkləyirlər: "Bu baxımdan, Azərbaycanın "Astana EXPO - 2017" Beynəlxalq ixtisaslaşmış sərgidə iştirakını ilk rəsmi təsdiq edənlərdən biri olduğunu qeyd etmək istəyirəm. Artıq qardaş ölkənin sərgidə iştirakı ilə bağlı müvafiq saziş imzalanıb. Eyni zamanda, Azərbaycan həmçinin lap əvvəldən Qazaxıstanın 2017-2018-ci illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olmaq təklifini dəstəkləyib. BMT Təhlükəsizlik Şurasınında üzvlük təcrübəsi olan Azərbaycan bu addımın əhəmiyyətini və önəmini hamıdan yaxşı dərk edir".

B.İsabayev son on ildə Azərbaycan milli iqtisadiyyatda möhtəşəm göstəricilərə və əhalinin rifahının artmasına nail olduğunu da qeyd edib: "Bütün bunlar onu göstərir ki, ölkə davamlı inkişaf yolunda qətiyyətlə addımlayır. Biz, həmçinin Azərbaycan Respublikasının müasir beynəlxalq münasibətlər sistemində nüfuzunun artmasına görə, şadıq. Bu gün Azərbaycan qlobal energetika siyasətində ən mühüm regional oyunçulardan birinə çevrilib".

Son xəbərlər

Orphus sistemi