Yuxarı

Səfir: "Böyük Britaniyanın Azərbaycanla münasibətləri “Brexit”dən sonra daha da güclənəcək"

Səfir: Böyük Britaniyanın Azərbaycanla münasibətləri “Brexit” sonrası

“Azərbaycanla münasibətlərimiz çox möhkəmdir”.

Bunu “Report”a Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp “Brexit”in ikitərəfli münasibətlərə mümkün təsiri barədə danışarkən deyib.

“Münasibətlərimiz ikitərəfli əlaqələrə söykənir. Bunun bizim Avropa İttifaqı üzvlüyümüzlə bağlı olduğunu düşünmürəm. Daha da güclənəcəyinə əminəm. Vaxtı gəlincə Böyük Britaniya ilə Azərbaycan arasında yeni sazişə dair danışıqlara başlamağı nəzərdə tuturuq”, - diplomat qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi