Səfir: "BMT-nin bəzi qətnamələri bir neçə saata icra edilir, bəziləri isə illər ərzində yerinə yetirilmir"

Səfir: "BMT-nin bəzi qətnamələri bir neçə saata icra edilir, bəziləri isə illər ərzində yerinə yetirilmir" ​Şahin Abdullayev: "Bəzi ölkələr digər dövlətlərə təzyiq göstərmək istəmir"
Xarici siyasət
21 İyul , 2017 17:23
Səfir: BMT-nin bəzi qətnamələri bir neçə saata icra edilir, bəziləri isə illər ərzində yerinə yetirilmir
Report.az

Bakı. 21 iyul. REPORT.AZ/ "BMT-nin bəzi qətnamələri bir neçə saata icra edilir, bəziləri isə illər ərzində yerinə yetirilmir. Azərbaycan belə bir şəraitdədir ki, 1993-cü ildən mənim ölkəmin ərazisinin işğalının dayandırılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməmiş qalır".

"Report"un verdiyi xəbərə görə, bu barədə Qüds məsələsi ilə bağlı Bakıda keçirilən beynəlxalq konfransın yekun sessiyasında Azərbaycan XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Şahin Abdullayev deyib.

Onun sözlərinə görə, qətnamələrin yerinə yetirilməməsinin əsas səbəbi ilk növbədə onların yerinə yetirilməsi üçün mexanizmin olmamasındadır: "Bəzi ölkələr digər dövlətlərə təzyiq göstərmək istəmir. Ona görə də, münaqişələr uzanır". 

Ş.Abdullayev həmçinin Azərbaycanın Fələstin xalqını dəstəklədiyini deyib və ümidvar olduğunu bildirib ki, Bakıda keçirilən beynəlxalq konfrans Fələstin-İsrail münaqişəsinin nizama salınması prosesini sürətləndirməyə kömək edəcək.  

Son xəbərlər

Orphus sistemi