Səfir: "Biz Çanaqqala savaşının 100-cü ildönümünü qeyd edirik, Ermənistanla yarışmırıq"

Səfir: "Biz Çanaqqala savaşının 100-cü ildönümünü qeyd edirik, Ermənistanla yarışmırıq" "Rusiyanın bu tədbirdə ən yüksək şəkildə iştirak etməsini çox məmnunluqla qarşılaya bilərik”
Xarici siyasət
6 Mart , 2015 17:25
Səfir: Biz Çanaqqala savaşının 100-cü ildönümünü qeyd edirik, Ermənistanla yarışmırıq

Bakı. 6 mart. REPORT.AZ/ “Biz Çanaqqala savaşının 100-cü ildönümünü qeyd edirik. Bununla bağlı Ermənistanla yarışma içərisində deyilik. Bu tədbirlərlə dünyaya çox böyük sülh mesajları vermək istəyirik. Hazırda bu mesajların verilməsini çox vacib hesab edirik”. "Report"un xəbərinə görə, bunu jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Çoşqun deyib.

Rusiyanın Çanaqqala savaşının 100-cü ildönümü ilə bağlı tədbirlərə qatılacağı barədə məlumatlara münasibət bildirən səfir bunları deyib: “Rusiya kimi çox yaxşı münasibət qurduğumuz bir ölkənin də bu tədbirdə ən yüksək şəkildə iştirak etməsini çox məmnunluqla qarşılaya bilərik”.

Səfir tədbirdə iştirak edəcək ölkə başçılarının dəqiq sayını açıqlamağa çətinlik çəkib.

Son xəbərlər

Orphus sistemi