Səfir: "BƏƏ ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir"

Səfir: "BƏƏ ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir" BƏƏ ilə Azərbaycan arasında əməkdaşlıq və qarşılıqlı hörmət əsasında qurulmuş yüksək səviyyəli ikitərəfli münasibətlər var. Report xəbər verir ki, bunu Bakıda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) yaranmasının 48-ci ildönümü münasibəti ilə keçirilən tədbirdə BƏƏ-nin Azərbaycandakı səfiri Mohamed Alqubaisi deyib.
Xarici siyasət
2 Dekabr , 2019 22:43
Səfir: BƏƏ ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir

BƏƏ ilə Azərbaycan arasında əməkdaşlıq və qarşılıqlı hörmət əsasında qurulmuş yüksək səviyyəli ikitərəfli münasibətlər var. "Report" xəbər verir ki, bunu Bakıda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) yaranmasının 48-ci ildönümü münasibəti ilə keçirilən tədbirdə BƏƏ-nin Azərbaycandakı səfiri Mohamed Alqubaisi deyib.

M.Alqubaisinin sözlərinə görə, hər iki ölkə arasında ticarət, iqtisadiyyat və mədəniyyət sahəsində əlaqələr inkişaf edir:

"Hər iki dövlət başçısının qarşılıqlı səfərləri, davamlı artan ticari, iqtisadi və mədəni mübadilənin səviyyəsi, həmçinin BƏƏ-dən gələn turistlərin sayının artması ikitərəfli əlaqələrin müxtəlif sahələrdə güclənməsinə dəlalət edir. Belə ki, BƏƏ-nin iqtisadiyyat naziri Sultan Əl-Mansurinin və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə 4-cü BƏƏ - Azərbaycan Ticarət Məclisi keçirildi. Bu məclis olduqca səmərəli keçdi.

Şübhəsiz ki, bu göstərici və nailiyyətlər iki ölkə arasında mövcud əlaqələrin inkişafına töhfə verən birgə səylərimizin nəticəsidir".

Son xəbərlər

Orphus sistemi