Qazaxıstan səfiri: "Azərbaycanlıların mehribanlığı daim qəlbimdə yaşayacaq"

Qazaxıstan səfiri: "Azərbaycanlıların mehribanlığı daim qəlbimdə yaşayacaq" Qazaxıstanla Azərbaycan arasındakı ticarət dövriyyəsi son üç ildə 2 dəfəyədək artıb.
Xarici siyasət
1 Avqust , 2019 11:31
Qazaxıstan səfiri: Azərbaycanlıların mehribanlığı daim qəlbimdə yaşayacaq

"Qazaxıstanla Azərbaycan arasındakı ticarət dövriyyəsi son üç ildə 2 dəfəyədək artıb".

“Report” xəbər verir ki, bunu Azərbaycanda diplomatik missiyasını başa vuran Qazaxıstan səfiri Beybit İsabayev bildirib.

O deyib ki, Qazaxıstanla qardaş ölkə olan Azərbaycanda dörd il çalışmışam və burada özümü həmişə vətənimdə kimi hiss etmişəm: "Azərbaycanlılar çox mehriban, istiqanlıdırlar, bunun xatirələri daim qəlbimdə yaşayacaq”.

Diplomat iki ölkə arasındakı münasibətlərin həmişə ən yüksək səviyyədə olduğunu, iqtisadi-ticarət, mədəni, humanitar əlaqələrin də davamlı inkişaf etdiyini diqqətə çatdırıb.

“Əlaqələrimizin mümkün qədər inkişaf etməsi üçün əlimdən gələni etmişəm”, – deyən B.İsabayev son 3 ildə iki ölkənin ticarət dövriyyəsinin iki dəfəyədək artdığını, nəqliyyat və logistikaya dair mühüm sənədlərin, o cümlədən dəmir yolu qurumları arasında 500 milyon dollar həcmində üçillik sazişin imzalandığını xatırladıb.

Səfir Qazaxıstanın Azərbaycana buğda ixracatını getdikcə bərpa etdiyini də diqqətə çatdırıb: "Vaxtilə Azərbaycana ildə 1 milyon tonadək buğda ixrac edirdik. Təəssüf ki, son illər bəzi obyektiv səbəblərə görə bu göstərici azalmışdı, amma bu ilin birinci yarısının yekunlarına görə buğda tədarükümüzün həcmi xeyli artıb. Bu ilin sonunadək 600-700 min ton, gələn ildən isə əvvəllər olduğu kimi, 1 milyon tonluq həcmi bərpa etmək fikrindəyik”. 

Diplomat Xəzər dənizinin dibindən optik lifli rabitə naqili çəkilməsini iki ölkə arasındakı əməkdaşlığı genişləndirəcək mühüm layihələr kimi qiymətləndirib.

Son xəbərlər

Orphus sistemi