Bakı. 22 noyabr. REPORT.AZ/ "Azərbaycanla Yaponiya kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir".
“Report” xəbər verir ki, bunu Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori jurnalistlərə bildirib.
“Bu il Azərbaycanda Cümhuriyyətin 100 illiyi qeyd olunub. Bu münasibətlə ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində də bəzi addımlar atılıb. Məsələn, son 19 ildə ilk dəfə Yaponiyanın xarici işlər nazirinin Azərbaycana səfərə gəlməsi əlamətdar hadisədir. Səfər çərçivəsində nazir Prezident
Yaponiyanın Azərbaycandan xeyli miqdarda neft və kənd təsərrüfatı məhsullarını idxal etdiyini diqqətə çatdıran səfir bu il iki ölkə arasındakı ticarət dövriyyəsinin 100 mln. ABŞ dollarına çatdığını vurğulayıb.