Səfir: Azərbaycan və İsveçrənin bütün sahələrdə dost münasibətləri var

Səfir: Azərbaycan və İsveçrənin bütün sahələrdə dost münasibətləri var Azərbaycan və İsveçrənin bütün sahələrdə dost münasibətləri var.
Xarici siyasət
12 İyul , 2019 03:48
Səfir: Azərbaycan və İsveçrənin bütün sahələrdə dost münasibətləri var

Azərbaycan və İsveçrənin bütün sahələrdə dost münasibətləri var.

"Report" xəbər verir ki, bu barədə İsveçrənin Azərbaycandakı səfiri Muriel Penever ölkəsinin rəsmi milli bayramı və Azərbaycanla İsveçrə arasında texniki əməşdalığın 20 illiyi münasibətilə rəsmi qəbulda deyib.

Diplomat qeyd edib ki, ölkələr müxtəlif sahələrdə, xüsusilə də keyfiyyətli suya çıxış, fermerlərə dəstək, qadın sahibkarlığı və s. əməkdaşlıq edir.

“Bizim əməkdaşlığın məqsədi – Azərbaycan iqtisadiyyatının diversifikasiyası, makroekonomika və biznes inkişafının təşviqidir. Bu gün İsveçrə və Azərbaycan həm siyasət, həm də iqtisadiyyat və mədəniyyət sahələrində dost münasibətləri var”, - deyə səfir bildirib.

XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Gündüz Cəfərov ikitərəfli əlaqələrin inkişaf etdiyini vurğulayıb.

“Ölkələrimiz arasında siyasi dialoq bu əlaqələrin möhkəmlənməsini təşviq edir. Yüksək səviyyədə qarşılıqlı səfərlər buna dəlalətdir. Bizim həmçinin iqtisadi əməkdaşlığımız var. İmzalanan və imzalanması nəzərdə tutulan sənədlər əlaqələrimizi möhkəmləndirir”, - o deyib.

Səfir həmçinin aktiv mədəni və humanitar əməkdaşlığın vacib faktor olduğunu qeyd edib və mövcud əlaqələrin möhkəmlənməsinin hər iki ölkənin xeyrinə olacağına ümid edib.  

Son xəbərlər

Orphus sistemi