Səfir: "Azərbaycan və İsrail arasındakı münasibətlər qarşılıqlı hörmətə əsaslanır"

Səfir: "Azərbaycan və İsrail arasındakı münasibətlər qarşılıqlı hörmətə əsaslanır" Dan Stav: "Milli təhlükəsizliyimizi müdafiə etmək hüququmuz var"
Xarici siyasət
20 Aprel , 2018 18:04
Səfir: Azərbaycan və İsrail arasındakı münasibətlər qarşılıqlı hörmətə əsaslanır
Report

Bakı. 20 aprel. REPORT.AZ/ "Azərbaycan və İsrail arasında çox yaxşı, hər iki tərəf üçün faydalı münasibətlər qurulub".

Bunu "Report"a İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib.

Onun sözlərinə görə, bu münasibətlər bir neçə amillə möhkəmlənir:

"Əvvəla, Azərbaycan və İsrailin artan radikalizm təhdidinə qarşı mübarizə üzrə ümumi baxışı var, ikincisi, hər iki ölkə multikulturaldır, üçüncüsü, tərəflərin bir-birinə dərin hörmətləri var: ölkələrin heç biri digəri üzərində dominantlıq etməyə çalışmır. Nəhayət, hər sahədə qarşılıqlı faydalı əməkdaşlığımızı dərinləşdirmək üçün imkanlar var ", - səfir bildirib.

O, iki xalq arasında xüsusi tarixi əlaqələrin olduğunu qeyd etməyin zəruriliyini vurğulayıb: "Yəhudilər qədimdən Azərbaycan ərazisində yaşayırlar. Məhz bu amil Azərbaycan-İsrail münasibətləri üçün möhkəm təməldir".

"Report"un Suriyadakı vəziyyətlə bağlı sualına cavabında səfir qeyd edib ki, ölkəsi başqa dövlətin daxili işlərinə müdaxilə etmək niyyətində deyil, sadəcə, öz sərhədlərini təhlükədən qoruyur: "Milli təhlükəsizliyimizi müdafiə etmək hüququmuz var".

Son xəbərlər

Orphus sistemi