Səfir: "Azərbaycan Rusiyaya qarşı sanksiya siyasətini dəstəkləməyib"

Səfir: "Azərbaycan Rusiyaya qarşı sanksiya siyasətini dəstəkləməyib" "Geridə qalan illər ərzində Azərbaycan və Rusiya uzun inkişaf yolu keçib"
Xarici siyasət
3 İyul , 2017 16:10
Səfir: Azərbaycan Rusiyaya qarşı sanksiya siyasətini dəstəkləməyib
Tass.ru

Bakı. 3 iyul. REPORT.AZ/ "Geridə qalan illər ərzində Azərbaycan və Rusiya Sovet İttifaqının dağılmasının yaratdığı böhranın nəticələrinin aradan qaldırılmasından gələcəyə istiqamətlənmiş inkişafın yeni modellərinin işlənib hazırlanmasına qədər uzun inkişaf yolu keçib".

"Report" xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu TASS-a müsahibəsində iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi ilə bağlı danışarkən deyib.

Səfirin sözlərinə görə, bu yolda tərəflər dəfələrlə iki ölkənin maraqlarının uğurlu ortaq nöqtəsini tapıb, bir-birinə mehriban qonşuluq yardımı edib: "Məsələn, Azərbaycan Rusiyaya qarşı sanksiya siyasətini dəstəkləməyib və rusiyalı istehlakçıları təzə meyvə-tərəvəzlə təmin etməkdə əhəmiyyətli töhfə verib".

Eyni zamanda, P.Bülbüloğlu siyasi kursun formalaşmasında iki prezidentin rolunu qeyd edib: "Bu gün Azərbaycana yüksək səviyyəli peşəkar və proqram-strateji görmə qabiliyyətli lider İlham Əliyev rəhbərlik edir. Artıq təxminən on beş ildir ki, o, idarəetmə və doğru qərarlar qəbul etmək bacarıqlarını nümayiş etdirir. Yalnız müəyyən müddət keçəndən sonra hamı bu qərarların əsaslı olduğunu görür. Amma cənab Prezident hadisələrin axarını əvvəlcədən görür və bununla da ən yaxşı nəticələr əldə edir. Bu, həm də Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri olan Rusiya ilə əlaqələrin inkişafına təsir edir".

Son xəbərlər

Orphus sistemi