Səfir Azərbaycan-Meksika parlamentlərarası işçi qrupunun rəhbəri ilə görüşüb

Səfir Azərbaycan-Meksika parlamentlərarası işçi qrupunun rəhbəri ilə görüşüb Tərəflər parlamentlərarası qrupların qarşılıqlı fəaliyyətinin intensifləşməsinin zəruriliyini ifadə ediblər
Xarici siyasət
2 Sentyabr , 2016 20:00
Səfir Azərbaycan-Meksika parlamentlərarası işçi qrupunun rəhbəri ilə görüşüb

Bakı. 2 sentyabr. REPORT.AZ/ Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Azərbaycan-Meksika parlamentlərarası işçi qrupunun rəhbəri Ülvi Quliyev ilə görüşüb.

Meksikanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, görüşdə deputat işçi qrupun qurulması tarixindən, onun fəaliyyəti və təcrübəsi haqqında məlumat verib.

Səfir Labardini ölkəsinin minilliklər tarixi və mədəniyyətindən danışıb, həcminə görə dünya üzrə 14-cü yeri tutan milli iqtisadiyyatın bir sıra məqamlarına diqqət çəkib. Diplomat qarşılıqlı əməkdaşlığın mümkün sahələrinə də toxunub.

Görüşdə qeyd olunduğu kimi, ticarət, idman və turizm hər iki ölkənin təcrübə mübadiləsi həyata keçirməsi və daha çox inkişafı əldə etməsi üçün mümkün sahələrdir.

Tərəflər xalqlarının rifahına xidmət edən parlamentlərarası qrupların qarşılıqlı fəaliyyətinin intensifləşməsinin zəruriliyini ifadə ediblər.

Son xəbərlər

Orphus sistemi