Yuxarı

Səfir: Azərbaycan iqtisadi artımında böyük nailiyyətlər qazanıb

© Report

Bakı. 13 dekabr. REPORT.AZ/ Qazaxıstan Respublikasının Müstəqillik Günü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyi tərəfindən Bakıda rəsmi qəbul təşkil olunub.

“Report” xəbər verir ki, tədbirə millət vəkilləri, hökumət üzvləri, xarici diplomatik korpusun və baynəlxalq təşkilatların rəhbərləri, əməkdaşları, ölkənin nüfuzlu KİV nümayəndələri dəvət olunub.

Açılış nitqində Qazaxıstan səfiri Beybit İsabayev ölkəsinin sosial-iqtisadi, siyasi sahələrindəki nailiyyətləri barədə qısa məlumat verərək prezident Nursultan Nazarbayevin “Qazaxıstanlıların rifah artımı: gəlirlərin və həyat keyfiyyətinin yüksəlişi” adlı 5 oktyabr tarixli xalqa müraciətinin əsas müddəalrarına daha çox diqqət yetirib.

Müstəqillik illərində Qazaxıstanla Azərbaycan arasında qarşılıqlı etimada əsaslanan yaxın, dost münasibətlərinin bərqərar olunduğunu diqqətə çatdıran diplomat “müasir dövrdə ölkələrimizin münasibətləri bütün sahələrdə sürətlə inkişaf edir, qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin daha da genişlənməsi üçün böyük potensial mövcuddur. Azərbaycan iqtisadi artımında böyük nailiyyətlər qazanıb” – deyə vurğulayıb.

Daha sonra söz alan Azərbaycan energetika naziri Pərviz Şahbazov da Qazaxıstan müstəqilliyinin 27 illiyi münasibətilə təbriklərini çatdıraraq ötən dövr ərzində Qazaxıstanın prezident Nursultan Nazarbayevin rəhbərliyilə böyük nailiyyətlər qazanaraq regionun lider ölkələrindən birinə çevrildiyini qeyd edib. Natiq həmçinin irimiqyaslı layihələr gerçəkləşdirən Azərbaycan və Qazaxıstanın beynəlxalq enerji və nəqliyyat dəhlizlərinin mühüm parçası olduğunu diqqətə çatdırıb.

Son olaraq nazir iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin, əməkdaşlıq və həmrəylik əlaqələrinin bundan sonra da davam edəcəyinə əmin olduğunu bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi