Bakı. 30 iyul. REPORT.AZ/ "Azərbaycan İtaliya üçün böyük əhəmiyyət kəsb edir".
"Report" xəbər verir ki, bu barədə İtaliyanın ANSA kanalına müsahibəsində bu ölkənin Azərbaycandakı səfiri Campaolo Kutilyo bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında bütün sahələrdə fəal dialoq aparılır və ikitərəfli əməkdaşlıq müqavilələri mövcuddur: "Ən sıx əməkdaşlığımız energetika sahəsindədir. Bizim üçün Xəzər regionundan qazı İtaliyanın Apuliya bölgəsinə çatdıracaq Trans-Adriatik qaz kəməri (TAP) layihəsi böyük önəm daşıyır. Bundan başqa, İtaliyadan Azərbaycana iş adamlarının çoxsaylı nümayəndə heyətləri gəlir".
Səfir, Azərbaycan Prezidenti