Səfir: "270 milyon indoneziyalıdan ən azı 10 milyonunun Azərbaycana səfər etməsini istərdim"

Səfir: "270 milyon indoneziyalıdan ən azı 10 milyonunun Azərbaycana səfər etməsini istərdim" Husnan Bey Fanani: "Azərbaycanlı iş adamlarını İndoneziyaya sərmayə yatırmağa çağırıram"
Xarici siyasət
29 İyul , 2016 11:18
Səfir: 270 milyon indoneziyalıdan ən azı 10 milyonunun Azərbaycana səfər etməsini istərdim

Bakı. 29 iyul. REPORT.AZ/ İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fanani azərbaycanlı iş adamlarını İndoneziyaya sərmayə yatırmağa çağırıb.

"Report"a açıqlamasında səfir böyük əraziyə malik İndoneziyanın iri faydalı qazıntı yataqlarına malik olduğunu bildirib: "Bizdə neft və qazdan savayı, qızıl, nikel, alüminium, dəmir yataqları da var. Bu mədənlərdən bəzilərində heç kəşfiyyat işləri aparılmayıb. Bu amillər əməkdaşlıq üçün perspektiv təmin edir. Biz, həmçinin indoneziyalı investorların əks istiqamətdə Azərbaycanın, məsələn, tikinti, infrastruktur yaradılması sahələrinə sərmayə yatırmasını istərdik.

Səfir eyni zamanda Azərbaycanda İndoneziya istehsalı olan məhsulların satış həcminin artacağına ümidvar olduğunu bildirib.

Bundan əlavə, indoneziyalı diplomat iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün birbaşa reyslərin mövcudluğunun əhəmiyyətini qeyd edib: "Çalışacağam ki, AZAL və "Garuda İndonesia" arasında əməkdaşlıq yaradılsın. İndoneziyada 270 milyon nəfər əhali yaşayır. İstərdim ki, ən azı 10 milyon indoneziyalı Azərbaycana səfər etsin. Eyni zamanda, Azərbaycandan da bir neçə min turistin İndoneziyaya səfər eləməsini istərdim".

Son xəbərlər

Orphus sistemi