Səfər zamanı AŞPA həmməruzəçiləri seçkilər ərəfəsində Azərbaycandakı vəziyyəti müzakirə ediblər

Səfər zamanı AŞPA həmməruzəçiləri seçkilər ərəfəsində Azərbaycandakı vəziyyəti müzakirə ediblər P.Aqramunt və T.İvinski bu həftə tanışlıq xarakterli səfər ediblər
Xarici siyasət
6 Mart , 2015 10:10
Səfər zamanı AŞPA həmməruzəçiləri seçkilər ərəfəsində Azərbaycandakı vəziyyəti müzakirə ediblər

Bakı. 6 mart. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Tadeuş İvinski Bakıya səfəri zamanı noyabrda keçiriləcək seçkilər ərəfəsində ölkədəki siyasi vəziyyəti, məhkəmə sisteminin fəaliyyəti, eləcə də Azərbaycanda insan haqları sahəsində vəziyyəti müzakirə ediblər. "Report" xəbər verir ki, bu barədə AŞPA mətbuat xidmətinin səfərin yekunları ilə bağlı yaydığı bəyanatında deyilir.

Xatırladaq ki, martın 2 və 3-də həmməruzəçilər P.Aqramunt və T.İvinski Azərbaycana tanışlıq xarakterli səfər ediblər.

Səfər zamanı onlar Azərbaycan Prezidenti, Prezident Administrasiyasının nümayəndələri, parlamentin sədri, parlament komitələrinin rəhbərləri, AŞPA-dakı Azərbaycan nümayəndə heyəti, baş prokuror, ədliyyə naziri, eləcə də Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşüblər. Həmçinin ictimai və beynəlxalq təşkilatların nümayəndələri ilə də görüşlər keçirilib. 

Həmməruzəçilər hazırda ibtidai istintaq dövründə müvəqqəti təcrid olunan şəxslərin vəkilləri ilə görüşüb və həbsxanada dustaqları, o cümlədən də Anar Məmmədlini ziyarət ediblər.   

Son xəbərlər

Orphus sistemi