Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident
"Report" xəbər verir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Fevralın 9-da Azərbaycan Respublikası
Əminəm ki, yeni formalaşan parlamentin məhsuldar fəaliyyəti respublika həyatının ictimai-siyasi və iqtisadi sahələrində tərəqqiyə, Azərbaycanın sürətli inkişafına, həmçinin dövlətin beynəlxalq aləmdə nüfuzunun artmasına kömək edəcək.
Şübhəsiz ki, Özbəkistan və Azərbaycan arasında strateji tərəfdaşlığa əsaslanan hərtərəfli və qarşılıqlı faydalı münasibətlər birgə səylərlə gələcəkdə də xalqlarımızın mənafeyi naminə möhkəmlənəcək.
Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, ailə səadəti və məsuliyyətli işinizdə uğurlar, dost Azərbaycan xalqına isə sülh və daimi inkişaf arzulayıram".