Yuxarı
    Bağlamaq

    Şamaxıda "Türk şəhidliyi" abidəsinin əsaslı təmirdən sonra açılışı olub - FOTO

    © Report

    Şamaxı. 14 sentyabr. REPORT.AZ/ Şamaxı rayonunda 130 türk şəhidinin şərəfinə ucaldılmış "Türk şəhidliyi" abidəsinin əsaslı təmir-bərpa işlərindən sonra açılış mərasimi keçirilib. 

    "Report"un Şirvan bürosunun verdiyi məlumata görə, tədbirdə hər iki ölkənin rəsmi şəxsləri, qazilər, ziyalılar, Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri və Nuru Paşanın qardaşı nəvəsi xanım Arzu Ənvər Eroğan iştirak ediblər.

    Restavrasiya işlərinə Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) maddi-mənəvi dəstəyi ilə bu ilin aprel ayında başlanılıb. 

    MÜSİAD-ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Abdulrahman Uzun mərasimdə çıxış edərək Şamaxıda gördükləri işlərdən qürur duyduğunu söyləyib. 

    Arzu Ənvər Eroğan isə uzun illər boyu davam edən Azərbaycan və Türkiyə dostluğundan danışıb: “Bu gün burada olmaq çox gözəl bir hissdir. İki ölkə arasındakı dostluq, qardaşlıq hələ uzun zaman davam edəcək, bitməyəcək. Azərbaycan hər hansı bir problem yaşayarsa, həmişə olduğu kimi Türkiyə onun yanında olacaq”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi