Nazir Şahin Mustafayev gələn həftə İrana səfər edəcək

Nazir Şahin Mustafayev gələn həftə İrana səfər edəcək Səfər zamanı müştərək iqtisadi komissiyanın iclasının keçirilməsi ilə əlaqədar hazırlıq işləri də müzakirə olunacaq
Xarici siyasət
28 İyul , 2015 09:46
Nazir Şahin Mustafayev gələn həftə İrana səfər edəcək

Bakı. 28 iyul. REPORT.AZ/ Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti gələn həftə İrana səfər edəcək.

Bu barədə "Report"a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfər İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin dəvəti ilə baş tutacaq. Səfər zamanı ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi yolları müzakirə olunacaq.

Keçiriləcək görüşlərdə iki ölkənin dəmir yolları xətlərinin birləşdirilməsi, bank əməliyyatlarının sadələşdirilməsi, neft, rabitə və enerji sahələrində əlaqələrin inkişaf etdirilməsi müzakirə olunacaq.

Bundan başqa, Ş.Mustafayevlə M.Vaezi arasında keçiriləcək görüşdə bu ilin ikinci yarısında Tehranda keçirilməsi nəzərdə tutulan müştərək iqtisadi komissiyanın iclasına hazırlıq işləri də müzakirə olunacaq.

Qeyd edək ki, Ş.Mustafayev və M.Vaezi bu komissiyanın hər iki dövlətdən olan həmsədrləridir.

Son xəbərlər

Orphus sistemi