Rusiyanın Qazaxıstandakı sabiq səfiri Azərbaycana təyin oluna bilər

Rusiyanın Qazaxıstandakı sabiq səfiri Azərbaycana təyin oluna bilər Mixail Boçarnikovun namizədliyi Dövlət Dumasının müvafiq komitəsi tərəfindən təsdiq olunub
Xarici siyasət
2 Aprel , 2018 22:22
Rusiyanın Qazaxıstandakı sabiq səfiri Azərbaycana təyin oluna bilər

Bakı. 2 aprel. REPORT.AZ/ Rusiya Federasiyasının Qazaxıstandakı sabiq səfiri Mixail Boçarnikov Moskvanın Azərbaycandakı diplomatik missiyasına rəhbər təyin oluna bilər. Onun namizədliyi bazar ertəsi Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə profil komitəsi tərəfindən təsdiq olunub.

“Report” xəbər verir ki, bu barədə parlamentdəki mənbəyə istinadən TASS məlumat yayıb.

M.Boçarnikov 7 fevral 2018-ci il tarixinədək Rusiyanın Qazaxıstandakı səfiri kimi fəaliyyət göstərib.

2009-cu ildən Rusiyanın Bakıdakı səfiri postunu tutan Vladimir Doroxin 2017-ci ilin noyabrında tutduğu vəzifədən azad edilib.

Son xəbərlər

Orphus sistemi