Moskva. 6 dekabr. REPORT.AZ/ Bu gün Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsev Azərbaycana səfərə gələcək.
“Report”un Rusiya bürosunun məlumatına görə, səfər çərçivəsində rusiyalı nazirin Azərbaycanın dövlət və hökumət nümayəndələri, eləcə də hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşü planlaşdırılır.