Rusiyanın Azərbaycandakı səfirliyi: Ankaradakı səfirin öldürülməsi xəbəri bizi dərindən sarsıtdı

Rusiyanın Azərbaycandakı səfirliyi: Ankaradakı səfirin öldürülməsi xəbəri bizi dərindən sarsıtdı Rusiyanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq
Xarici siyasət
20 Dekabr , 2016 13:38
Rusiyanın Azərbaycandakı səfirliyi: Ankaradakı səfirin öldürülməsi xəbəri bizi dərindən sarsıtdı

Bakı. 20 dekabr. REPORT.AZ/ Rusiyanın Azərbaycandakı səfirliyinin kollektivini Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsi xəbəri dərindən sarsıdıb.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinin bəyanatında bildirilib.

"Kürəyinə açılan atəş nəticəsində yüksək bacarıqlı rusiyalı diplomat, xeyirxah və qayğıkeş insan, bu çətin zamanda Rusiya-Türkiyə münasibətlərinin normallaşması prosesinə əhəmiyyətli töhfə verən peşəkar şəxs qətlə yetirilib. Azərbaycanda işləyərək biz həmişə Türkiyədəki həmkarlarımızın və şəxsən Rusiyanın Ankaradakı səfirinin ümumi xarici siyasət məsələlərinin həllində lazımi yardım göstərməyə və etibarlı dəstək verməyə hazır olduğunu hiss edirdik", - səfirlikdən bildiriblər.

"Cinayətin cəzasız qalmayacağına əminik. Bu vəhşi qətlin hərtərəfli araşdırılması şərəf məsələsi olmalıdır", - bəyanatda vurğulanıb.

Qeyd olunub ki, Rusiyanın Türkiyədəki səfiri A.Karlovun ölümü ilə əlaqədar Rusiyanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq. Xatirə kitabı dekabrın 21-də saat 10:00-dan 13:00-dək və 15:00-dan 17:00-dək, dekabrın 22-də isə saat 10:00-dan 13:00-dək açıq olacaq.

Son xəbərlər

Orphus sistemi