Rusiyalı tarixçi: "Bakı-Moskva Humanitar Forumunda iştirak edəcəyəm"

Rusiyalı tarixçi: "Bakı-Moskva Humanitar Forumunda iştirak edəcəyəm" “Ölkələrimiz arasında humanitar əməkdaşlıq çox uğurlu inkişaf edir. Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı həqiqətən nümunəvidir və rektor xanım Paşayeva əla işləyir”.
Xarici siyasət
18 Dekabr , 2019 14:57
Rusiyalı tarixçi: Bakı-Moskva Humanitar Forumunda iştirak edəcəyəm

“Ölkələrimiz arasında humanitar əməkdaşlıq çox uğurlu inkişaf edir. Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı həqiqətən nümunəvidir və rektor xanım Paşayeva əla işləyir”.

Bu barədə “Report”un Rusiya bürosuna tanınmış tarxçi alim, Rusiya Dövlət Humanitar Universitetinin (RDHU) prezidenti, Moskva Dövlət Universitetinin kafedra müdiri Yefim Pivovar deyib.

O, MDU-nun Bakı filialının Rusiyanın nüfuzlu ali məktəbləri ilə birgə proqramlar həyata keçirdiyini diqqətə çatdırıb.

“Birgə proqramlara gəlincə, çox səmərəli işlər görülür. Şurasına üzv olduğum Rusiya Azərbaycan Ali Məktəblər Assosiasiyası Rusiya Azərbaycan Dostluq Cəmiyyətinin xətti ilə proqramlar icra edir. Azərbaycanın Rusiyadakı səfirliyi ilə çox fəal şəkildə çalışırıq. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi ilə də mühüm işlər görürük. Onlar gözəl layihələr həyata keçirirlər. Ölkələrimiz arasındakı tərəfdaşlıq münasibətləri artırılmalıdır”, – rusiyalı alim bildirib.

Kafedra müdiri Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti və Bakı Dövlət Universiteti ilə əlaqələrin olduğunu diqqətə çatdırıb: “BDU-da MDB ölkələri humanitar universitetləri rektorlarının birinci forumunu keçirmişik. Yenidən Bakıya gedəcəm və yanvarın 23-də orada Bakı - Moskva Humanitar Forumu keçiriləcək. Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayevdən dəvət almışam. Bu, çox mühümdür”.

Qeyd edək ki, Moskvada Rusiya Elmlər Akademiyasının müxbir üzvü Y.Pivovarın 70 illiyi ilə bağlı keçirilən tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış edərək Rusiyanın və postsovet respublikalarının tarixşünaslığı qarşısında səbəbkarın xidmətlərindən danışaraq, onun sanballı əsərlərinin birində XX əsrin sonu – XXI əsrin əvvəllərindəki Rusiya-Azərbaycan münasibətlərinin araşdırıldığını söyləyib.

MDU-da və RDHU-da Azərbaycan tarixinin və dilinini tədrisi də Yefim Pivovarın adı ilə bağlıdır.

Son xəbərlər

Orphus sistemi