Rusiyalı tarixçi-alim: "Ermənilər 1918-ci ildəki qırğınları xüsusi zorakılıqla törədiblər"

Rusiyalı tarixçi-alim: "Ermənilər 1918-ci ildəki qırğınları xüsusi zorakılıqla törədiblər" Bakı. 29 mart. REPORT.AZ/ Bakıda 1918-ci ilin mart-aprel aylarında ermənilərin törətdikləri hadisələrə hüquqi qiymət verilməlidir.
Xarici siyasət
29 Mart , 2018 12:51
Rusiyalı tarixçi-alim: Ermənilər 1918-ci ildəki qırğınları xüsusi zorakılıqla törədiblər
Rusiyalı tarixçi-alim Oleq Kuznetsov / Report/Firi salim

Bakı. 29 mart. REPORT.AZ/ "Bakıda 1918-ci ilin mart-aprel aylarında ermənilərin törətdikləri hadisələrə hüquqi qiymət verilməlidir".

"Report" xəbər verir ki, bunu rusiyalı tarixçi-alim Oleq Kuznetsov “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi. Müasir dövrdə soyqırımı, hərbi təcavüz və etnik təmizləmə siyasəti” mövzusunda keçirilən beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ermənilərin törətdikləri həmin qırğınlar xüsusi zorakılıqla törədilib.

O.Kuznetsov bildirib ki, bu hadisələrə hüquqi qiymət verilməlidir: "Sual ortaya çıxır ki, 1918-ci il hadisələri hərbi cinayət, yoxsa soyqırımı idi? Bunun bir cavabı var - bu, soyqırımı sayılır. Bu baxımdan Heydər Əliyevin 1998-ci ildə 31 mart soyqırımı günü ilə bağlı imzaladığı fərman haqlı və yerində verilmiş qərar olmaqla yanaşı, hüquqi əsasa malikdir".

Rusiyalı tarixçi-alim əlavə edib ki, azərbaycanlıların soyqırımını tanımaq rusiyalı siyasətçilərin borcudur.

Son xəbərlər

Orphus sistemi