Yuxarı

Rusiyalı politoloqlar Prezident İlham Əliyevin "Valday" klubunun sessiyasındakı çıxışını şərh ediblər

​Rusiyalı politoloqlar Azərbaycan Prezidentinin "Valday" klubunun sess

“Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çox yaxşı çıxış etdi. O, çıxışı zamanı Rusiya ilə Azərbaycanın ən vacib və aktual məsələlərdə bir-birini dəstəklədiyini vurğuladı. Azərbaycan Prezidenti eyni zamanda Rusiyanın Avropa Şurası Parlament Assambleyasına qayıtması məsələsinin müzakirə edildiyi təşkilatın iyun sessiyasını misal çəkdi. Tam tərkibdə Rusiyanın lehinə səs verdiyinə görə azərbaycanlı dostlara təşəkkürlər edirəm. Bu, çox rəmzi addımdır".

Bunu "Report"un Rusiya bürosuna açıqlamasında Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi işçisi Aleksey Tokarev Azərbaycan Prezidenti İlham Əliyevin "Valday" klubunun sessiyasında çıxışını şərh edərkən deyib.

A.Tokarev Prezident İlham Əliyevin nitqinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı hissəsini, xüsusilə də dövlət başçısının "Qarabağ - Azərbaycandır və nida işarəsi" sözlərini diqqətə çatdırıb.

Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun Postsovet Araşdırmaları Mərkəzinin rəhbəri Eduard Solovyov isə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putin ilə görüşdə iki ölkə arasında münasibətlərdəki müsbət dinamikanı qeyd edib: "Məsələn, Rusiyadan Azərbaycana turist axını artıb və 2018-ci ildə 880 min nəfərə çatıb, qarşılıqlı investisiyalar artıb (Azərbaycandakı Rusiya sərmayələri 4,6 milyard dollara çatıb). Humanitar sahədəki əməkdaşlıq da durmadan inkişaf edir. Azərbaycan Prezidenti ölkənin ali məktəblərində 25 mindən çox tələbənin rus dilində təhsil aldığını xüsusi qeyd edib. Uzun illərdir Azərbaycanda bir sıra Rusiya universitetlərinin filialları fəaliyyət göstərir, ölkədə rus dili tədris olunan yüzlərlə məktəb var".

Politoloq onu da vurğulayıb ki, təhsil sahəsində əməkdaşlıq, Azərbaycanda rus dilinə xüsusi münasibət gələcəkdə iki ölkə və xalq arasında əlaqələrin inkişafı üçün əla imkanlar yaradır: "Prezident İlham Əliyevin nitqinin yarısından çoxunu həsr etdiyi Dağlıq Qarabağ münaqişəsinin nəticələri olmasaydı, bu əlaqələr tam ideal olardı".

O, Prezident İlham Əliyevin Azərbaycanın Şimal ilə Cənubu, Qərb ilə Şərqi birləşdirən mühüm geosiyasi mərkəz və nəqliyyat-logistika körpüsü olması ilə bağlı fikirlərinə də diqqət çəkib: ""Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasının mövzusu "Şərqin şəfəqi və dünyanın siyasi quruluşu" adlanır. Prezident İlham Əliyevin çıxışından belə başa düşülür ki, Şərqlə əməkdaşlıq ölkənin yeganə prioriteti deyil. Rəsmi Bakı bütün istiqamətlərdə qarşılıqlı əlaqə üçün açıqdır. Amma Prezident İlham Əliyevin forumda çıxış etməsi faktı və onun Vladimir Putinlə ikitərəfli görüşlərinin intensivliyi şimal qonşu ilə əlaqələrin inkişafının rəsmi Bakının xarici siyasətində mühüm yer tutmaqda davam edəcəyini təsdiqləyir".

İqbal Rüstəmov

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi