Yuxarı

Rusiyalı ekspert: “Koronaböhrandan çıxış prosesi sürətli olmayacaq”

​Rusiyalı ekspert: “Koronaböhrandan çıxış prosesi sürətli olmayacaq”

Aleksandr Krılov

“Dünyadakı mövcud vəziyyət çox mürəkkəbdir. Kütləvi epidemiya təkcə sosial-iqtisadi deyil, həm də mənəvi-psixoloji cəhətdən bir çox mənfi nəticələrə səbəb olub. Bütün sənaye sahələri mümkün qədər daralıb. Dünya uzun müddət davam edəcək ağır böhran yaşayır”.

Bunu “Report”un Rusiya bürosuna Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Əlaqələr İnstitutunun Postsovet Tədqiqatları Mərkəzinin Qafqaz sektorunun müdiri Aleksandr Krılov deyib.

“Böhran, ilk növbədə, energetika sənayesinə, turizmə, qida sənayesinə, belə baxanda, hər şeyə təsir etdi. İndi həyatın bütün sahələri son dərəcə çətin vəziyyətdədir. İnsanlar istehlaklarını mümkün qədər azaldıblar və buna görə bu vəziyyətdən çıxmaq çox çətin olacaq”, - o bildirib.

Ekspertin sözlərinə görə, Rusiya ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlər əsasən qlobal proseslər tərəfindən diktə ediləcək: “Dünya enerji bazarında yaranmış vəziyyət - qiymətlərin dəhşətli dərəcədə düşməsi və tələbatın azalması hələ xeyli müddət davam edəcək. Buna görə həm Rusiya, həm də Azərbaycan üçün iqtisadiyyatı mümkün qədər şaxələndirmək vacibdir. Əlbəttə, bu bu şaxələndirməni həyata keçirə bilsək və bununla da ikitərəfli iqtisadi əlaqələrimizi artıra bilsək, bu, həm Azərbaycan, həm də Rusiya üçün faydalı olardı”.

“Ölkələrimizin böhrandan çıxması dünyanın bu böhrandan nə dərəcədə tez çıxmasından asılı olacaq. Proses sürətli olmayacaq. Aydındır ki, bu, bir ilin işi deyil. İnşallah yayın sonuna doğru vəziyyət az-çox yaxşılaşmağa başlayacaq”, - A.Krılov vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi