Rusiya XİN: Yəməndən Azərbaycanın 6 vətəndaşı təxliyə edilib

Rusiya XİN: Yəməndən Azərbaycanın 6 vətəndaşı təxliyə edilib Təxliyə prosesi aprelin 4-də də davam etdirəcək
Xarici siyasət
3 Aprel , 2015 19:27
Rusiya XİN: Yəməndən Azərbaycanın 6 vətəndaşı təxliyə edilib

Bakı. 3 aprel. REPORT.AZ/ Aprelin 3-nə keçən gecə xüsusi reyslər vasitəsilə 311 nəfər Yəməndən Rusiyaya təxliyə edilib. "Report"un Rusiya XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, təxliyə olunanlar arasında 152 nəfər Rusiya, 47 Özbəkistan, 16 Belarus, 8 Ukrayna, 6 Azərbaycan, 4 Qırğızıstan və 4 Moldova vətəndaşı olub. 

Məlumata görə, Səna şəhərindən həmçinin Yəməni tərk etmək istəyən bir neçə digər ölkə vətəndaşı da çıxarılıb. Rusiya tərəfi RF və MDB vətəndaşlarının təxliyə prosesini aprelin 4-də də davam etdirəcək.  

Son xəbərlər

Orphus sistemi