Rusiya XİN: "Ümumrusiya Azərbaycan Konqresinin ləğvi siyasətlə bağlı deyil"

Rusiya XİN: "Ümumrusiya Azərbaycan Konqresinin ləğvi siyasətlə bağlı deyil" "Bu, iki ölkə arasında münasibətlərin pisləşməsinə gətirib çıxarmamalıdır"
Xarici siyasət
21 May , 2017 16:19
Rusiya XİN: Ümumrusiya Azərbaycan Konqresinin ləğvi siyasətlə bağlı deyil

Bakı. 21 may. REPORT.AZ/ "Ümumrusiya Azərbaycan Konqresinin" (ÜAK) ləğvi barədə qərarın siyasətlə heç bir əlaqəsi yoxdur və bu, Moskva-Bakı münasibətlərinin inkişafına təsir etməməlidir".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Vasili Nebenzya deyib.

"Bu, iki ölkə arasında münasibətlərin pisləşməsinə gətirib çıxarmamalıdır", - deyə o qeyd edib.

"Məsələlər hüquqi müstəvidədir, bu yöndən də baxılmalıdır. Qərar kiminsə siyasi iradəsi ilə əlaqəli deyil, bu, bizim hüquq-mühafizə orqanlarımızın sözügedən təşkilatın qeydiyyat prosedurunu pozması ilə bağlı qərarıdır. Mən tam əminəm ki, bu hadisə bizim Azərbaycanla ikitərəfli əlaqələrimizə təsir etməməlidir", - deyə diplomat bildirib.

Son xəbərlər

Orphus sistemi