Rusiya XİN "LifeNews"un çəkiliş qrupunun Azərbaycandan deportasiya olunmasına münasibət bildirib

Rusiya XİN "LifeNews"un çəkiliş qrupunun Azərbaycandan deportasiya olunmasına münasibət bildirib "KİV olduğu ölkənin qanunlarına hörmət etməlidir"
Xarici siyasət
6 Aprel , 2016 14:43
Rusiya XİN LifeNewsun çəkiliş qrupunun Azərbaycandan deportasiya olunmasına münasibət bildirib

Bakı. 6 aprel. REPORT.AZ/ "KİV müstəqil olmalıdırlar və tərəf tutmadan obyektiv məlumat verməlidirlər". "Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

"Həmkarlarımızdan, Azərbaycanda fəaliyyət göstərən rusiyalı diplomatlardan hadisəylə bağlı ətraflı məlumat istədik. Onlar da bizə "LifeNews" telekanalı barədə lazımi informasiyanı verib", - deyə M.Zaxarova bildirib.

O, KİV-in olduğu ölkənin qanunlarına hörmət etməyə borclu olduğunu xatırladıb.

M.Zaxarova bəzi jurnalistlərin heç reportaj belə adlandıra bilməyəcəyi materiallarını gördüyünü qeyd edib: "Onlar insanlara sual verirdi ki, siz kimdən yanasız - Azərbaycan, yoxsa Ermənistan? Məgər bu jurnalistikadır? Belə reportaj olmaz! Belə materiallar yalnız tərəflərin bir-birinə qarşı olan nifrətini artırmaq məqsədilə istifadə oluna bilər".

Onun sözlərinə görə, belə şeylər yolverilməzdir və KİV belə anda öz məsuliyyətini dərk etməlidir.

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiyanın "LifeNews" telekanalının jurnalistləri Azərbaycandan çıxarılıb. Onlar akkreditasiyadan keçmədən ölkəyə gəlib və Azərbaycan XİN-in bildirdiyinə görə, dünya ictimaiyyətinə Dağlıq Qarabağdakı vəziyyətlə bağlı yalan məlumat çatdırıb. 

Son xəbərlər

Orphus sistemi