Yuxarı

Rusiya XİN: İŞİD-in fəaliyətində iştirakda şübhəli bilinən Azərbaycan vətəndaşının uşaqları İraqdan çıxarılıb

Rusiya XİN: İŞİD-in fəaliyətində iştirakda şübhəli bilinən Azərbaycan vətəndaşının uşaqları İraqdan çıxarılıb
© Report — Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova

Bakı. 28 iyun. REPORT.AZ/ Anası Azərbaycan, atası Rusiya vətəndaşı olan iki azyaşlı uşaq Rusiyanın baş konsulluğunun dəstəyi ilə İraqdan çıxarılıb.

"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Maria Zaxarova bildirib.

"Mayın 29-da Rusiyanın baş konsulluğu İraq Kürd Muxtar Vilayətinin yardımı ilə iki azyaşlı rusiyalını - 2013-cü il doğumlu Qalidova Sofya Hacımurad qızını və 2015-cü il doğumlu Qalidova Seyma Hacımurad qızını geri qaytara bilib. Onların atası Rusiya, anası isə Azərbaycan vətəndaşıdır. Uşaqların valideynləri hazırda İraq Kürd Muxtar Vilayətinin Terrorizmlə Mübarizə Xidmətinin təcridxanasında saxlanılırlar. Onların İŞİD terror qruplaşmasının fəaliyyətində iştirak edib-etməmələri ilə bağlı araşdırma aparılır", - M.Zaxarova bildirib.

Onun sözlərinə görə, ana Rusiya vətəndaşı olan üçüncü uşağını özü ilə saxlamağa qərar verib.

"Yerli hökumətin məlumatına görə, Qalidov Yusif Hacımurad oğlu hazırda valideynləri ilə birlikdə İraq həbsxanalarında olan yeganə yetkinlik yaşına çatmayandır", - o əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi