Rusiya XİN başçısının müavini: "Azərbaycanla əlaqələri daha da inkişaf etdirmək niyyətindəyik"

Rusiya XİN başçısının müavini: "Azərbaycanla əlaqələri daha da inkişaf etdirmək niyyətindəyik" Karasin: "Ötən ildən bəri əlaqələrimizin genişləndirilməsi, gücləndirilməsi üçün çox işlər görülüb"
Xarici siyasət
29 May , 2019 12:09
Rusiya XİN başçısının müavini: Azərbaycanla əlaqələri daha da inkişaf etdirmək niyyətindəyik

"Rusiya ilə Azərbaycan arasındakı münasibətlər mehriban qonşuluq, qarşılıqlı inam əsasında qurulub və biz onları daha da inkişaf etdirmək niyyətindəyik".

Bunu "Report"un Rusiya bürosuna Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.

"Ötən ildən bəri əlaqələrimizin genişləndirilməsi, gücləndirilməsi üçün çox işlər görülüb. Əlbəttə, liderlərimizin görüşləri çox şeyi müəyyənləşdirir. 2018-ci ildə prezidentlər Vladimir Putin və İlham Əliyev altı dəfə görüşüblər", - Rusiya XİN başçısının müavini bildirib.

"Ticarətə müraciət etsək, ötən il qarşılıqlı ticarətin həcmini, təxminən, 14% artırdıq. Bu, çox böyük rəqəmdir. Regionlararası əməkdaşlıq üçün yeni imkanlar açılır. Rusiyanın 17 regionunun Azərbaycan tərəfdaşları ilə birbaşa müqavilələri var", - Q.Karasin qeyd edib.

Onun sözlərinə görə, Azərbaycana səfər edən rusiyalı turistlərin sayı da artmaqdadır: "Ötən il orada 800 min rusiyalı olub. İnsanlar arasında əlaqələr münasibətlərin həqiqətən yetkin olması üçün lazımi ab-havanı yaradır".

Nazir müavini həmçinin vurğulayıb ki, Rusiya universitetlərində 15 min azərbaycanlı təhsil alır: "Aparıcı Rusiya universitetlərinin filiallarının Azərbaycanda açılmasından və onların Azərbaycan prezidenti, ölkə hökuməti tərəfindən dəstəklənməsindən qürur duyuruq".

Q.Karasin diqqətə çatdırıb ki, keçən il Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması mühüm hadisə oldu: "Bunun üzərində iş 20 ildən çox davam edib. Odur ki, irəliyə doğru addımlayacağıq".

İqbal Rüstəmov

Son xəbərlər

Orphus sistemi