Rusiya XİN: Azərbaycanla əlaqələri lazımsız əsəbilikdən yayınaraq inkişaf etdirməyə çalışırıq - EKSKLÜZİV

Rusiya XİN: Azərbaycanla əlaqələri lazımsız əsəbilikdən yayınaraq inkişaf etdirməyə çalışırıq - EKSKLÜZİV Moskva. 18 yanvar. REPORT.AZ/ Azərbaycanla əlaqələri bütün istiqamətlər üzrə inkişaf etdirməyə çalışırıq.
Xarici siyasət
18 Yanvar , 2019 10:18
Rusiya XİN: Azərbaycanla əlaqələri lazımsız əsəbilikdən yayınaraq inkişaf etdirməyə çalışırıq - EKSKLÜZİV

Moskva. 18 yanvar. REPORT.AZ/ "Azərbaycanla əlaqələri bütün istiqamətlər üzrə inkişaf etdirməyə çalışırıq".

Bunu "Report"un Rusiya bürosunun müxbirinə Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.

"Azərbaycanla əlaqələri, uydurma bahənələrlə əlaqədar olan lazımsız əsəbilikdən yayınaraq, bütün istiqamətlər üzrə inkişaf etdirməyə, mürəkkəb və daha az mürəkkəb problemlərin həllinə nail olmağa çalışırıq. Biz buna qadirik. Bir-birimizi yaxşı başa düşürük. Həm Moskvanın, həm də Bakının yaxşı inkişaf etmiş intuisiyası var. Biz qonşuyuq, strateji tərəfdaşıq və bütün məsələlərin həllinə bu əsasda yanaşmalıyıq", - siyasətçi vurğulayıb.

Daha əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya XİN nümayəndəsi Mariya Zaxarovanın bəyanatına cavab verib.

İqbal Rüstəmov

Son xəbərlər

Orphus sistemi