​Rusiya telekanalı Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edib

​Rusiya telekanalı Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edib "Dojd" televiziyasının saytında Azərbaycanın işğal olunmuş əraziləri "Dağlıq Qarabağ Respublikası" kimi təqdim olunub
Xarici siyasət
16 İyul , 2015 11:15
​Rusiya telekanalı Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edib

Bakı. iyul 16. REPORT.AZ/ Rusiyanın "Dojd" telekanalı Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edib.

"Report" xəbər verir ki, televiziyanın saytında Azərbaycanın işğal olunmuş əraziləri "Dağlıq Qarabağ Respublikası" kimi göstərilib.

Saytın abunə bölümündə, yaşayış yerinin seçilməsi üçün tərtib olunan siyahıdakı dövlətlər arasında "DQR" adlı ölkə də var.

Qeyd edək ki, bu siyahıya Abxaziya və Cənubi Osetiyanın da adı daxil edilib.

Bununla əlaqədar "Report"un "Dojd" telekanalına ünvanladığı sorğuya hələ cavab verilməyib. 

Son xəbərlər

Orphus sistemi