Rusiya Təhlükəsizlik Şurasının katibi Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib

Rusiya Təhlükəsizlik Şurasının katibi Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib N.Patruşev ümummilli lider Heydər Əliyevin xatirəsini hörmətlə anıb, Əbədi Məşəl və Həzi Aslanov kompleksinə əklil qoyub
Xarici siyasət
12 May , 2015 11:11
Rusiya Təhlükəsizlik Şurasının katibi Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib

Bakı. 12 may. REPORT.AZ/ Azərbaycanda səfərdə olan Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Fəxri xiyabanı ziyarət edib. 

"Report" xəbər verir ki, N.Patruşev ümummilli lider Heydər Əliyev və görkəmli alim, oftalmoloq Zərifə Əliyevanın xatirəsini hörmətlə anıb, məzarlarının önünə əklil qoyub. 

N.Patruşev, həmçinin Şəhidlər xiyabanında olub, Əbədi Məşəl və iki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun abidəsinə əklil qoyub. 

Son xəbərlər

Orphus sistemi