Polad Bülbüloğlu: "Rusiya ilə Azərbaycan ikitərəfli əməkdaşlığı genişləndirmək niyyətindədir"

Polad Bülbüloğlu: "Rusiya ilə Azərbaycan ikitərəfli əməkdaşlığı genişləndirmək niyyətindədir" Bakı. 17 yanvar. REPORT.AZ/ Rusiya ilə Azərbaycan ikitərəfli əməkdaşlığı daha da genişləndirmək niyyətindədir.
Xarici siyasət
17 Yanvar , 2019 21:33
Polad Bülbüloğlu: Rusiya ilə Azərbaycan ikitərəfli əməkdaşlığı genişləndirmək niyyətindədir

Bakı. 17 yanvar. REPORT.AZ/ Rusiya ilə Azərbaycan ikitərəfli əməkdaşlığı daha da genişləndirmək niyyətindədir.

“Report” xəbər verir ki, bunu “TASS”a müsahibəsində Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu deyib.

“Şübhəsiz ki, hər iki dövlət ənənəvi dostluq mehriban qonşuluq münasibətlərindən irəli gələrək bütün məsələlərdə dialoqu daha da dərinləşdirmək, genişləndirmək əzmindədir. Bununla bağlı dövlətlərimizin başçıları İlham ƏliyevVladimir Putin arasındakı şəxsi təmasların və etimada söykənən münasibətlərin da hərtərəfli əməkdaşlıq üçün möhkəm və əlverişli təməl yaradaraq hər cür mürəkkəb məsələlərin öhdəsindən gəlməyə kömək etdiyini əminliklə söyləmək olar. Odur ki, ölkələrimiz arsında dəf edilməsi mümkün olmayan hər hansı çətinlik yoxdur”, – deyə diplomat bildirib. O, iki ölkə arasındakı hazırkı münasibətləri strateji olaraq dəyərləndirməyin mümkünlüyünü dilə gətirib.

Daha əvvəl səfir bildirib ki, Azərbaycan bu il Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində konkret addımlar atılacağına ümidvardır.

Son xəbərlər

Orphus sistemi