Yuxarı

Rusiya Federasiyası Hökumətinin sədr Dmitri Medvedev Azərbaycan Prezidentini təbrik edib

Rusiya Federasiyası Hökumətinin sədr Dmitri Medvedev Azərbaycan Prezidentini təbrik edib

Bakı. 24 dekabr. REPORT.AZ/ Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi  doğum günü münasibətilə təbrik edib

"Report" xəbər verir ki, təbrikdə deyilir

Hörmətli İlham Heydər oğlu.

Rusiya Federasiyasının Hökuməti adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə təbrik edirəm.

Rusiya ilə Azərbaycanı bağlayan dostluq, mehriban qonşuluq və tərəfdaşlıq münasibətlərinin inkişafına Sizin daimi diqqətinizi qeyd etmək istərdim. Şəxsən Sizin köməyinizlə qarşılıqlı ticari-iqtisadi, elmi-texniki, mədəni-humanitar fəaliyyət möhkəmlənir, sənaye, infrastruktur, energetika və başqa sahələrdə iri müştərək layihələr həyata keçirilir.

Əminəm ki, ikitərəfli əməkdaşlığın bütün kompleksinin bundan sonra da inkişafı, regionlararası əlaqələrin və işgüzar münasibətlərin genişlənməsi iki ölkənin maraqlarına tamamilə uyğundur.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi