Rusiya Federasiya Şurası: "Azərbaycan Rusiyanın Cənubi Qafqazdakı mühüm tərəfdaşıdır"

Rusiya Federasiya Şurası: "Azərbaycan Rusiyanın Cənubi Qafqazdakı mühüm tərəfdaşıdır" "Rusiya regionda sabitliyin və əmin-amanlığın bərqərar olmasında maraqlıdır"
Xarici siyasət
26 Fevral , 2015 19:43
Rusiya Federasiya Şurası: Azərbaycan Rusiyanın Cənubi Qafqazdakı mühüm tərəfdaşıdır

Bakı. 26 fevral. REPORT.AZ/ "Qafqaz regionunda Azərbaycan Rusiya üçün mühüm ticari-iqtisadi və siyasi tərəfdaşıdır". "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiya Şurası beynəlxalq komitəsinin rəhbəri Konstantin Kosaçev bildirib. 

O əlavə edib ki, Cənubi Qafqaz ölkələri Rusiya üçün böyük əhəmiyyət kəsb edir. "Rusiya regionda sabitliyin və əmin-amanlığın bərqərar olmasında maraqlıdır", - siyasətçi qeyd edib.

Senator Azərbaycan rəhbərliyinə rus dilinə və respublikada yaşayan ruslara göstərilən diqqətə və qayğıya görə minnətdarlığını bildirib. Onun sözlərinə görə, Rusiya və Azərbaycan arasında humanitar əməkdaşlıq və regionlararası əlaqələr də yüksək dövlət səviyyəli böyük layihələrə təkan verir. 

Azərbaycanla əlaqələrin əsas istiqamətləri arasında deputat energetika sahəsini qeyd edib. Bu sahədə bizim ölkələrimiz rəqib deyil, tərəfdaş qismində çıxış edə bilər. Sənaye, kənd təsərrüfatı sahələrində də bir çox layihələr, eləcə də elmi sahədə əməkdaşlığımız mövcuddur", - K.Kosaçev deyib. 

Son xəbərlər

Orphus sistemi