Yuxarı

Rusiya Baş Qərargah rəisi Bakıda NATO-nun baş komandanı ilə görüşəcək

Rusiya Baş Qərargah rəisi Bakıda NATO-nun baş komandanı ilə görüşəcək

Valeri Gerasimov Azərbaycana gəlib

Bakı. 19 aprel. REPORT.AZ/ Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimov Azərbaycana işgüzar səfərə gəlib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. 

Bildirilib ki, V.Gerasimov Bakıda NATO-nun Avropadakı Silahlı Qüvvələrinin baş komandanı ordu generalı Körtis Skaparroti ilə görüşəcək,

Qeyd olunub ki, tərəflər Avropa regionunda NATO və Rusiyanın hərbi fəaliyyətini, eləcə də Suriyadakı vəziyyəti müzakirələr edəcəklər.

"İşgüzar səfər zamanı V.Gerasimovu Azərbaycan Prezidenti İlham Əliyev qəbul edəcək", - Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi