Yuxarı

Rusiya baş nazirinin müavini Azərbaycanda səfərdədir

Rusiya baş nazirinin müavini Azərbaycanda səfərdədir

Dmitri Roqozin Azərbaycan-Rusiya hökumətlərarası komissiyanın iclasında Rusiya nümayəndə heyətinə rəhbərlik edir

Bakı. 16 dekabr. REPORT.AZ/ Rusiya baş nazirinin müavini Dmitri Roqozinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gəlib.

Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir.

Bu gün D.Roqozinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəyi, eləcə də Azərbaycan-Rusiya hökumətlərarası komissiyanın iclasında iştirak edəcəyi gözlənilir.

Görüşdə ikitərəfli hərbi-texniki əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunacaq.

Nümayəndə heyətinin tərkibinə, həmçinin Rusiya Dövlət Dumasının Beynəlxalq Münasibətlər Komitəsinin rəhbəri Leonid Slutski də daxildir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi