Rumıniya prezidenti Azərbaycanın dövlət başçısına məktub göndərib

Rumıniya prezidenti Azərbaycanın dövlət başçısına məktub göndərib "Əminəm ki, birgə səylərimizlə ölkələrimiz arasındakı strateji tərəfdaşlığın gücləndirilməsinə gələcəkdə də töhfələr verə biləcəyik"
Xarici siyasət
31 May , 2017 17:09
Rumıniya prezidenti Azərbaycanın dövlət başçısına məktub göndərib

Bakı. 31 may. REPORT.AZ/ Rumıniyanın Prezidenti Klaus Verner İohannis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib. 

"Report"un məlumatına görə, mətndə deyilir:  

"Hörmətli cənab Prezident.

Dövlət bayramınız – Respublika Günü münasibətilə Sizə və bütün Azərbaycan xalqına ən səmimi təbriklərimi, sülh və firavanlıq arzularımı çatdırmaq istərdim.

Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasından ötən 25 il ərzində Rumıniya və Azərbaycan Respublikası yüksək səviyyəli siyasi dialoq vasitəsilə gücləndirilən, energetika, nəqliyyat, iqtisadiyyat və ticarət sahələrindəki əməkdaşlıq potensialından güc alan strateji tərəfdaşlığı inkişaf etdirmişdir.

Əminəm ki, birgə səylərimizlə ölkələrimiz arasındakı strateji tərəfdaşlığın gücləndirilməsinə gələcəkdə də töhfələr verə biləcəyik.

Cənab Prezident, Sizə dərin ehtiram bəslədiyimə əmin ola bilərsiniz".

Son xəbərlər

Orphus sistemi