Romadakı seçki məntəqəsində səsvermə başa çatıb

Romadakı seçki məntəqəsində səsvermə başa çatıb Səsvermə prosesi Konstitusiya və Seçki Məcəlləsinə uyğun aparılıb
Xarici siyasət
26 Sentyabr , 2016 21:34
Romadakı seçki məntəqəsində səsvermə başa çatıb

Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər və əlavələr edilməsi ilə əlaqədar ümumxalq səsverməsində (referendum) İtaliyadakı diplomatik missiyamızın əməkdaşları və onların səsvermə hüququna malik ailə üzvləri, habelə bu ölkədə daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşları da iştirak ediblər.

Azərbaycanın bu ölkədəki diplomatik nümayəndəliyindən "Report"a verilən məlumata görə, onların öz səsvermə hüququndan istifadəsinin təmin edilməsi məqsədilə 17 saylı Yasamal üçüncü seçki dairəsinin Azərbaycanın İtaliyadakı Səfirliyində yaradılmış 35 saylı seçki məntəqəsində səsvermə təşkil olunub.

Səsvermədə seçicilərin iştirakının və seçki hüquqlarını sərbəst şəkildə ifadə etmələrinin təmin olunması üçün hər cür şərait yaradılıb. Səsvermə prosesi Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılıb.

Səsvermə prosesi yerli vaxtla saat 19.00-da başa çatıb.

Son xəbərlər

Orphus sistemi