Riqada Latviyanın Azərbaycandakı səfiri ilə vida mərasimi keçirilib

Riqada Latviyanın Azərbaycandakı səfiri ilə vida mərasimi keçirilib Hardiys Baumanis aprelin 6-da Bakıda vəfat edib
Xarici siyasət
15 Aprel , 2015 09:53
Riqada Latviyanın Azərbaycandakı səfiri ilə vida mərasimi keçirilib

Bakı. 15 aprel. REPORT.AZ/ Aprelin 14-də Riqada Latviyanın Azərbaycandakı səfiri Hardiys Baumanis ilə vida mərasimi keçirilib. "Report" Latviya XİN mətbuat xidmətinə istinadən xəbər verir ki, mərasim Riqa krematorisində baş tutub. 

Latviyanın Azərbaycandakı səfiri Hardiys Baumanis aprelin 6-da Bakıda vəfat edib. 47 yaşlı diplomatın ölümü səhhətində olan problemlərlə əlaqədardır.

H.Baumanis 2010-cu il sentyabr ayından Latviyanın Azərbaycandakı səfiri olub. 

Son xəbərlər

Orphus sistemi